İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində azı 7 nəfər həyatını itirib, daha 82 nəfər isə itkin düşmüş hesab olunur.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, torpaq sürüşməsi ölkənin Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda baş verib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, ölən və itkin düşənlərin sayının arta biləcəyi istisna olunmur.
Musavat.com






