İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirə kişi sağlamlığı üçün faydalıdır

1193 08.04.2024 20:28 Yaşam A A

Ağcaqayın şirəsində çoxlu vitaminlər, minerallar və digər faydalı maddələr var. Onun şirəsi xüsusilə kişilərin sağlamlığına faydalı təsir göstərir.

Bu sözləri toksikoloq Mixail Kutuşov Rusiya mediasına müsahibəsində bildirib.

Ağcaqayın bitkisinin faydalarından söz açan mütəxəssis vurğulayıb ki, şirə toksinlərin bədəndən atılmasında da effektivdir.

"Bu içkinin müntəzəm istifadəsi testosteron istehsalını normallaşdırır, libidonu artırır və testislərin fəaliyyətini mükəmməl şəkildə yaxşılaşdırır", - toksikoloq əlavə edib.

Onun sözlərinə görə, ağcaqayın şirəsi sidikqovucu və zərərsizləşdirici təsirə malikdir, bədəndən toksinləri və artıq duzları çıxarmağa kömək edir, həmçinin həzmə müsbət təsir edir və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bundan əlavə, qaraciyəri təmizləyir.

"Səhər, acqarına, yeməkdən 30 dəqiqə əvvəl bir xörək qaşığı istifadə edin. Dadı yaxşılaşdırmaq üçün şərbət şəklində ağcaqayın şirəsi çay və ya suya əlavə edilə bilər. Şirəni 1-2 aylıq kurslarla içmək məsləhətdir", - mütəxəssis deyib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR