İnsanlara hürriyət, millətlərə istiqlal!

Castin Timberleyk Bakıdadır

907 25.07.2025 16:06 Şou-biznes A A

Dünya şöhrətli pop ulduz Castin Timberleyk artıq Bakıdadır.

O, paytaxta ötən gün təşrif buyurub.

Sənətçi 27 iyulda Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edəcək. Bu tədbir onun “The Forget Tomorrow World Tour” dünya turuna daxildir və Azərbaycanda ilk solo konserti olacaq.

Konsertdə ifaçının yeni “Everything I Thought It Was” albomundan mahnılar səslənəcək. Bakıdakı çıxış üçün yüksək texnologiyalı səhnə və xüsusi vizual effektlər nəzərdə tutulub.

Konsertə görə ölkəmizə 25 minə yaxın turist gələcək. Onların bir qismi artıq hotellərinə yerləşib. 20 mindən çox yerli əhali də tədbiri izləyənlər arasında olacaq. Ümumilikdə konsertdə 50 minə yaxın insan iştirak edəcək.  (Olay)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR