İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmilə Tağızadə tanınmış mağazadan narazı qaldı: “Məni məyus etdiniz”

451 04.06.2026 16:06 Şou-biznes A A

Aktrisa Cəmilə Tağızadə "Royal Fish" mağazasından narazılığını ifadə edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında mağazadan aldığı balıqların keyfiyyətindən şikayətlənib.

C.Tağızadə bildirib ki, aldığı üç balıqdan ikisi köhnə çıxıb və məhsulların keyfiyyəti onu qane etməyib:

"Balıq aldım, amma adınıza layiq deyil. Üç balıqdan ikisi köhnə çıxdı. Hər ikisinin keyfiyyəti yaxşı deyildi. Məni məyus etdiniz. Digər yerlərlə müqayisədə daha baha qiymətə, lakin keyfiyyətsiz məhsul satırsınız. Adınıza layiq keyfiyyətdə balıq satın".

Aktrisanın paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, mağaza rəhbərliyini məhsulların keyfiyyətinə daha ciddi nəzarət etməyə çağırıb.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR