İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya Ukraynadakı şimallı əsirlərə sahib çıxır

628 23.06.2026 20:54 Dünya A A

Cənubi Koreya Ukraynada saxlanılan və vətənlərinə qayıtmaq istəməyən Şimali Koreya hərbi əsirlərini qəbul etməyə hazır olduğunu açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Seul artıq iki Şimali Koreya vətəndaşının repatriasiyası ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bunu iyunun 22-də açıqlayıb. Cənubi Koreya mediasının məlumatına görə, Cənubi Koreya beynəlxalq hüquqa istinad edərək Şimali Koreya hərbi məsələsi ilə bağlı mövqeyini dəfələrlə Ukraynaya çatdırıb. O qeyd edib ki, Ukrayna ümumiyyətlə bu yanaşma ilə razıdır. Diplomat məsələnin bir neçə ölkəyə təsir etdiyini, ona görə də üzərində işlərin gizli şəkildə aparıldığını vurğulayıb.

Xatırladaq ki, Rusiya və Şimali Koreya arasında imzalanmış birgə əməliyyatlar barədə razılaşmaya əsasən, Şimali Koreyadan olan əsgərlər Kursk bölgəsinə, döyüş zonasına göndəriliblər. Orada onlardan 2 mindən çoxu həlak olub, bir xeylisi də Ukrayna qüvvələri tərəfindən əsir götürülüb.

Cənubi Koreya hakimiyyət orqanlarının məlumatına görə, əsirlərin bəziləri Şimali Koreyaya qayıtmaq istəmədiklərini bildiriblər. Çünki onlar vətəndə kpnüllü əsir düşmələri barədə ittihamlar və ağır cəzalar gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR