İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində əhali sayı sürətlə AZALIR

813 19.01.2026 10:33 Dünya A A

2025-ci ildə Çin əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404,89 milyon nəfər olub.

Musavat.com xəbər verir ki, məlumatı Çin Milli Statistika Bürosu (NBS) açıqlayıb. Dərc olunmuş hesabata görə, ötən il Çində 7,92 milyon doğuş və 11,31 milyon ölüm hadisəsi baş verib. Doğum və ölüm nisbətləri müvafiq olaraq hər min nəfərə 5,63 və 8,04 təşkil edib.

Rəsmi hesablamalara görə, Çinin kişi əhalisi il ərzində 0,3 faiz azalaraq 716,85 milyona, qadın əhalisi isə 0,1 faiz azalaraq 688,04 milyona düşüb. Ölkə vətəndaşları arasında 16-59 yaş arası insanların nisbəti 2024-cü il hesablamaları ilə müqayisədə 0,7 faiz azalaraq 851,36 milyon nəfər olub. 65 yaşdan yuxarı sakinlərin sayı 1,5 faiz artaraq 223,65 milyona çatıb.

Bundan əlavə, 2025-ci ildə Çinin şəhər əhalisi 1 faiz (10,3 milyon nəfər) artaraq 953,8 milyon olub. Kənd yerlərində 451,09 milyon nəfər (2,9 faiz və yaz 13,69 milyon nəfər azalma) yaşayır. Şəhərləşmə nisbəti 67,89 faizdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR