Rusiya Ermənistan forelinin tədarükünə qoyulan məhdudiyyətlərdən sonra idxalda yeni istiqamətlərə üstünlük verməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert məlumat verib.
Onun sözlərinə görə, Ermənistandan forel idxalının azalması Rusiya bazarında heç bir problem yaratmayacaq. Moskva artıq tədarükü digər ölkələr, o cümlədən İran və Türkiyə hesabına əvəzləyir.
Rusiya Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov da bildirib ki, Ermənistan foreli ölkənin idxalında mühüm paya malik olsa da, bazarın təminatında hər hansı çətinlik gözlənilmir.
“Daxili istehsalımız kifayət qədərdir. Bundan əlavə, idxal digər ölkələr, o cümlədən Türkiyə hesabına əvəzlənəcək”, - Şestakov qeyd edib.
Musavat.com






