İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO

185 28.07.2026 03:09 Maraqlı A A

ABŞ-də hava limanında baş verən qeyri-adi hadisə yenidən sosial şəbəkələrdə gündəm olub.

Musavat.com xəbər verir ki, hadisə Nyu-York hava limanlarından birində 2024-cü ilin noyabrında baş versə də, görüntülər son günlər yenidən sürətlə yayılmağa başlayıb.

Məlumata görə, yenot naməlum səbəbdən terminalın tavan hissəsində olub. Heyvan qəfil tavandan aşağı düşərək sərnişinlərin arasına düşüb və hava limanında qısa müddətli təşviş yaradıb.

Şahidlərin sözlərinə görə, gözlənilməz hadisədən sonra yenot dərhal qaçaraq gözdən itib. Onun tavana necə düşdüyü və hava limanında nə etdiyi isə hələ də məlum deyil.

Qeyri-adi anlar müşahidə kameraları və sərnişinlərin mobil telefonları ilə lentə alınıb. Hadisənin görüntüləri son günlər sosial şəbəkələrdə yenidən geniş yayılaraq milyonlarla baxış toplayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR