İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahsun Kırmızıgül ifadə verdi, Haluk Leventi pis vəziyyətətdə qoydu

698 28.07.2026 02:38 Şou-biznes A A

Müğənni və rejissor Mahsun Kırmızıgül Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində verdiyi ifadə ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Kırmızıgül ifadəsində Haluk Leventlə uzun illərə söykənən münasibətlərindən danışıb. O bildirib ki, Leventin çətin dövrlərində ona maddi və mənəvi dəstək göstəriblər, hətta bir vaxtlar cəzaçəkmə müəssisəsinə şəxsən özləri aparıb təhvil veriblər.

Kırmızıgül qeyd edib ki, 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Ahbap Dərnəyinin fəaliyyətinə böyük ümid bəsləyib. Onun sözlərinə görə, həmin dövrdə Adıyamana gedərək yardım işlərində iştirak edib, Haluk Leventlə əlaqə saxlayıb və Ahbap tərəfindən göndərilən 1500 çadırın bölgədə paylanmasını koordinasiya edib.

Bununla yanaşı, o, Ahbap Dərnəyinə şəxsi ianə etmədiyini və başqalarını da ianəyə təşviq etmədiyini bildirib.

Mahsun Kırmızıgül ifadəsinin sonunda Ahbap ətrafında səsləndirilən iddiaların onu dərin məyus etdiyini vurğulayaraq, baş verənlərə görə böyük üzüntü hissi keçirdiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR