İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka ABŞ-yə qarşı ayağa qalxdı - VİDEO

1282 17.01.2026 20:11 Dünya A A

Danimarka və Qrenlandiyada ABŞ-nin ada ilə bağlı planlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Musavat.com xəbər verir ki, paytaxt Kopenhagendə yüzlərlə nümayişçi şəhər meriyasının qarşısında toplaşaraq ABŞ səfirliyinə doğru yürüş edib.

Aksiya iştirakçıları “Qrenlandiyadan əllərinizi çəkin” şüarları səsləndirib, Vaşinqtonun ada üzərində təsirini artırmaq cəhdlərinə etiraz ediblər. Nümayişçilər demokratik prinsiplərə hörmət olunmasını və Qrenlandiya əhalisinin öz müqəddəratını təyinetmə hüququnun toxunulmaz qalmasını tələb ediblər.

Oxşar etiraz çağırışları Qrenlandiyanın özündə də səslənib. Aksiyaçılar adanın gələcəyi ilə bağlı qərarların yalnız yerli əhalinin iradəsi əsasında verilməli olduğunu vurğulayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR