Futbol üzrə dünya çempionatının I qrupunda keçirilən Fransa - Seneqal oyununda əlavə olunmuş dəqiqələrdə daha ardıcıl iki qol vurulub.
Musavat.com xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda baş tutan qarşılaşmada əsas vaxta artırılan 5-ci dəqiqədə İbrahim Mbaye fərqlənərək Seneqalın hesab arasındakı fərqi azaltmasına nail olub - 1:2.
Lakin Fransa millisinin cavabı gecikməyib. Əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə Kilian Mbappe rəqib qapısına yol taparaq komandasının üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1.
Beləliklə, oyunun son anlarında hər iki komanda fərqlənsə də, Fransa üstünlüyünü qoruyub saxlayıb.
***
FIFA Dünya Çempionatının I qrupunda Fransa və Seneqal yığmaları arasında keçirilən oyunda daha bir qol vurulub.
Musavat.com xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən qarşılaşmanın 82-ci dəqiqəsində Bredli Barkola fərqlənib.
Beləliklə, Fransa millisi hesab arasındakı fərqi artıraraq önə keçib – 2:0.
Qeyd edək ki, Fransa yığmasının ilk qolunu 66-cı dəqiqədə Kilyan Mbappe vurmuşdu.
***
FIFA Dünya Çempionatının I qrupunda Fransa və Seneqal yığmaları arasında keçirilən oyunda hesab açılıb.
Musavat.com xəbər verir ki, ikinci hissədə Fransa millisi rəqib qapısına yol taparaq önə keçib. Fransa millisinin ilk qolu 66-cı dəqiqədə Kilyan Mbappe tərəfindən vurulub.
Bu qoldan sonra Fransa yığması Seneqal qarşısında 1:0 hesabı ilə önə keçib.
Qeyd edək ki, oyunun ilk hissəsi qolsuz heç-heçə ilə başa çatmışdı.
***
DÇ-2026: Fransa – Seneqal matçında ilk hissədə qol vurulmadı
FIFA Dünya Çempionatının I qrupunda Fransa və Seneqal yığmaları arasında keçirilən oyunun ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İlk 45 dəqiqədə tərəflər hesabı aça bilməyiblər və komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
Musavat.com xəbər verir ki, turnirin favoritlərindən sayılan Fransa millisi Kilyan Mbappenin liderliyi ilə hesabı açmağa çalışsa da, Seneqal müdafiəsi etibarlı təsir bağışlayıb. Afrika təmsilçisi də əks-hücumlarda təhlükəli epizodlar yaradıb, lakin ilk hissədə qapılara qol vurulmayıb.
Qeyd edək ki, Fransa və Seneqal yığmaları Dünya Çempionatının I qrupunda mübarizə aparırlar.
*** 22:46
FIFA Dünya Çempionatının I qrupunda Fransa və Seneqal yığmaları arasında oyun başladı.
Musavat.com xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Fransa millisi Afrika təmsilçisi Seneqalla üz-üzə gəlir. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Fransa yığmasının start heyəti: Menyan, Kunde, Upamekano, Saliba, Teo Ernandes, Çuameni, Rabyo, Olise, Dembele, Due, Mbappe.
Seneqal yığmasının start heyəti: E. Mendi, Diatta, Kulibali, Niakhate, Diuf, Qana Qeye, Pape Qeye, Kamara, İsmaila Sarr, Cekson, Sadio Mane.
Musavat.com






