Futbol üzrə dünya çempionatının K qrupunun II turunda Portuqaliya millisi Özbəkistan üzərində inamlı qələbə qazanıb.
Musavat.com xəbər verir ki, Hyuston stadionunda keçirilən qarşılaşma portuqaliyalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 6-cı dəqiqədə Kriştianu Ronaldo açıb. Ulduz hücumçu 39-cu dəqiqədə daha bir qol vuraraq dubl müəllifi olub. Digər qollara 17-ci dəqiqədə Nuno Mendes və 87-ci dəqiqədə Rafael Leao imza atıblar. Özbəkistan millisinin futbolçusu A. Xusanov isə 60-cı dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticə ilə Portuqaliya qrupda vacib üç xal qazanaraq növbəti mərhələ uğrunda mübarizədə mövqeyini gücləndirib.
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, oyunun 87-ci dəqiqəsində Rafael Leao fərqlənərək Portuqaliya millisinin hesabdakı üstünlüyünü daha da artırıb.
Beləliklə, Portuqaliya yığması hesabı 5:0-a çatdırıb. Kriştianu Ronaldonun dubla imza atdığı görüşdə Avropa təmsilçisi rəqibi üzərində böyükhesablı qələbəyə doğru irəliləyir.
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında hesab daha da artıb.
Musavat.com xəbər verir ki, oyunun 60-cı dəqiqəsində Özbəkistan millisinin futbolçusu A.Xusanov topu öz qapısından keçirib.
Avtoqoldan sonra Portuqaliya yığması üstünlüyünü möhkəmləndirib və hesabı 4:0-a çatdırıb. Portuqaliyalılar görüşdə oyuna tam nəzarət edirlər.






