İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: 67 yaşlı kişi həyat yoldaşını güllələdi - VİDEO

858 07.07.2026 16:55 Hadisə A A

Türkiyənin Şanlıurfa şəhərində boşanma prosesində olan ər məhkəmənin uzaqlaşdırma qərarına baxmayaraq, ayrı yaşadığı həyat yoldaşını avtobus dayanacağında silahla vurub.

Musavat.com xəbər verir ki, hadisə Paşabağı məhəlləsində yerləşən avtobus dayanacağında baş verib.

Məlumata görə, bir müddətdir ayrı yaşayan və boşanma prosesində olan 60 yaşlı Əminə Dişçi ilə 67 yaşlı Əhməd Dişçi avtobus dayanacağında qarşılaşıblar. Onlar arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib.

Bu zaman Əhməd Dişçi üzərində gəzdirdiyi tapançanı çıxararaq həyat yoldaşına bir neçə dəfə atəş açıb. Güllələrə tuş gələn qadın ağır yaralanaraq qan içində yerə yıxılıb.

Hadisə şahidlərinin köməyi ilə Əminə Dişçi şəxsi avtomobillə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisədən sonra şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Əhməd Dişçi barəsində həyat yoldaşının əvvəlki şikayətləri əsasında məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılıb.

Şübhəli tibbi müayinədən keçirildikdən sonra ifadə vermək üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR