İnsanlara hürriyət, millətlərə istiqlal!

Deportasiya dalğası Bakıya qədər UZANDI

3974 17.07.2025 19:20 Ölkə A A

"Son dövrlərdə Rusiyada miqrantlara qarşı təzyiq və deportasiya halları artıb. Bu, xüsusilə Orta Asiya ölkələrindən olan işçilərə yönəlib. 2024-cü ildə Rusiyada 80.000-dən çox miqrant deportasiya edilib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur".

Bu fikirləri News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, bu tədbirlər Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrinə də təsir göstərir:

"İyul ayına olan məlumata görə, Rusiya turistlərinin Azərbaycana səfərləri 30%-dən bir qədər çox azalıb".

Ekspert Rusiyada miqrantlara qarşı sərtləşdirilmiş tədbirlər və deportasiya hallarının həm daxili, həm də beynəlxalq səfərlərə təsir göstərdiyini xüsusilə vurğulayıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının Rusiyaya səfər planlaşdırarkən bu dəyişiklikləri və potensial riskləri nəzərə alması vacibdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR