İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Neft bahalaşır

480 01.07.2026 10:35 İqtisadiyyat A A

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur. 

Musavat.com
xəbər verir ki, İranın Hörmüz boğazından keçidlə bağlı ABŞ nümayəndələri ilə görüşdən imtina etməsindən sonra bazar iştirakçıları boğazdan keçidin ödənişli olması ehtimalına diqqət yetirirlər.

Bu gözləntilər neft qiymətlərində artıma səbəb olub. Londonun ICE birjasında Brent neftinin sentyabr fyuçersləri 0,38 faiz artaraq 73,3 dollara, Nyu-Yorkun Nimex birjasında WTI neftinin qiyməti isə 0,45 faiz artaraq 69,8 dollara ticarət olunur.

Qeyd edək ki, Oman bu günlərdə ABŞ və Qərb dövlətlərinə gəmilərin Hörmüzdən keçidinə görə ekoloji haqq toplanmasını nəzərdə tutan təkliflər təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR