ABŞ hakimiyyəti bir qrup Ermənistan vətəndaşını deportasiya edərək ölkəyə geri göndərib. Məlumata görə, deportasiya olunan şəxslər xüsusi reyslə İrəvana gətirilib.
Musavat.com xəbər verir ki, ötən günlərdə ABŞ-dən havaya qalxan “Boeing 767-300” təyyarəsi İrəvan hava limanına eniş edib və həmin reyslə deportasiya edilən şəxslər Ermənistana çatdırılıb.
Ermənistan Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləsə də, deportasiya olunanların dəqiq sayını açıqlamayıb. Nazirlikdən bildirilib ki, hazırda həmin şəxslərin ölkədəki hüquqi statusu dəqiqləşdirilir.
İlkin məlumatlara əsasən, təyyarə ABŞ-dən havaya qalxıb, Buxarestdə aralıq eniş edib, daha sonra İrəvana uçub. Bildirilir ki, eyni təyyarə sonradan 40-dan çox deportasiya olunan şəxsi Özbəkistana aparıb.
Musavat.com






