İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat qəzada həlak oldu

7198 25.01.2026 23:59 Dünya A A

Lvov vilayətində ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Orest Salamaxa kvadrosikl idarə edərkən qarşı zolağa çıxıb. O, marşrut avtobusu ilə toqquşub.

Məlumata görə, qəza Lvov yaxınlığında qeydə alınıb. Deputat ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Orest Salamaxa aldığı travmalardan həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR