İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda silahsız zona planı iflasa uğradı – Moskva mövqeyini sərtləşdirir

802 26.01.2026 00:14 Dünya A A

ABŞ və Ukrayna BƏƏ-də keçirilən danışıqlarda Donbasla bağlı yeni təhlükəsizlik variantlarını müzakirə edib. Söhbət silahsızlaşdırılmış zona yaradılması və neytral ölkələrdən ibarət qüvvələrin yerləşdirilməsi ideyasından gedir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, təkliflər paketində başqa bir variant da olub. Təmas xəttində KTMT, BRİCS və NATO nümayəndələrinin də yer aldığı üçtərəfli sülhməramlı mexanizmin qurulması ideyası müzakirə edilib. Məqsəd bölgədə gərginliyi azaltmaq və atəşkəsə nəzarəti gücləndirmək idi.

Lakin Moskva bu yanaşmanı qəbul etməyib. Məlumata görə, Rusiya tərəfi ötən yay Alyaskada Donald Tramp və Vladimir Putin arasında əldə olunduğu deyilən razılaşmadan kənara çıxan hər hansı ərazi və təhlükəsizlik modelini rədd edib. Həmin razılaşmanın Ukraynanın Donbasda nəzarətində qalan, lakin hələ ələ keçirilməmiş ərazilər üzrə güzəştə getməsini nəzərdə tutduğu bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıqların detalları barədə geniş danışmayıb. O, yalnız bildirib ki, Rusiya nümayəndə heyəti Alyaska razılaşmalarına tam uyğunluğun təmin edilməsi mövqeyində qalır.

KİV-in məlumatına görə, Kreml silahsızlaşdırılmış zona və beynəlxalq sülhməramlıların yerləşdirilməsi ideyasını qəti qəbul etmir. Bildirilir ki, Rusiya Donbasın tam şəkildə təhvil verilməsi tələbini gündəmdə saxlayır. Bu isə yaxın zamanda sülh təşəbbüslərinin nəticə verməyəcəyinə işarə edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR