Məlum olduğu kimi Türkiyənin məşhur aktyoru Ufuk Özkan bir ildir davam edən qaraciyər çatışmazlığı ilə mübarizə aparır.
Aktyorun vəziyyəti son günlərdə daha da kritik həddə çatdığı üçün xəstəxanaya yerləşdirilmişdi. Bu ağır dövrdə yaxınları, aktyorun həyatı üçün həyati əhəmiyyət daşıyan uyğun donor tapmaq məqsədilə geniş axtarış aparmışdılar.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor üçün donor axtarışı nəhayət ki, nəticə verib. Belə ki, Ufuk Özkanın qardaşı Umut Özkan, sosial mediada bununla bağlı paylaşım edib.
Türkiyə mətbuatının yazdığına görə Ufuk Özkanın donoru onun daha əvvəl birlikdə işlədiyi operator, dostu Salih Kıvırcıkdır.
Məlumatlara görə, qaraciyər transplantasiyası əməliyyatı yaxın günlərdə reallaşacaq. Rəsmi açıqlamaya görə, əməliyyat gələn həftənin cümə axşamı planlaşdırılır.
Xalidə Gəray
Musavat.com






