Dubayda güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, partlayış şəhərin bir neçə rayonunda, o cümlədən məşhur turizm zonası olan Dubay-Marina ərazisində eşidilib.
Eyni zamanda şəhər üzərində hava hücumundan müdafiə sistemlərinin (HHM) fəaliyyət göstərdiyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl BƏƏ prezidenti ölkənin “müharibə vəziyyətində” olduğunu açıqlayıb.
Bu açıqlama İranın Yaxın Şərqdə hücumlarını artırması fonunda verilib.
Musavat.com






