İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı

447 05.06.2026 15:59 Dünya A A


Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Azərbaycanla sülh müqaviləsinin imzalanacağını desə də, bunun əlavə təminatlar və yeni şərtlərlə müşayiət olunacağını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Köçəryan bu barədə seçki kampaniyasının yekun görüşündə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalanacaq, lakin sənədə əlavə müddəalar daxil edilməli və həmin əlavələr gələcək təhlükəsizlik təminatlarını əks etdirməlidir.

Köçəryan əminliklə bunun mümkün olduğunu bildirərək, Ermənistanı regionun ən sürətlə inkişaf edən sənaye ölkəsinə çevirmək niyyətində olduqlarını deyib. O, kənd təsərrüfatının, maliyyə sisteminin və investisiya mühitinin inkişaf etdiriləcəyini də vəd edib.

Keçmiş prezident çıxışında Ermənistanın milli kimliyi, tarixi və Erməni Apostol Kilsəsi ilə bağlı mövzulara da toxunaraq, bu istiqamətdə mövcud hakimiyyəti dolayı şəkildə tənqid edib.

Qeyd edək ki, Köçəryanın “sülh müqaviləsi imzalanacaq, amma əlavələrlə” ifadəsi Ermənistanın müxalif düşərgəsində tez-tez səsləndirilən yanaşmanı əks etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR