İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gizli görüş olub? – Prezident İlham Əliyevdən sensasion açıqlama - VİDEO

375 22.07.2026 01:26 Son xəbər A A

Prezident İlham Əliyev Bakıda Almaniya və Rusiya nümayəndələri arasında keçirildiyi iddia olunan gizli görüşlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında danışıb:  “Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.

Prezident bildirib ki, Berlinə yola düşməzdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətindən bununla bağlı məlumat istəyib: “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır: “Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR