İnsanlara hürriyət, millətlərə istiqlal!

Simiçdən qızıl qol, "Sabah"dan böyük addım - Finlandiya çempionu Masazırda məğlub edildi

406 21.07.2026 22:02 İdman A A

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycanı təmsil edən "Sabah" doğma meydanda Finlandiya çempionu KuPS üzərində vacib qələbə qazanıb.

Musavat.com xəbər verir ki, Masazır stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissəyə əlavə olunmuş vaxtın birinci dəqiqəsində Velko Simiç vurub. Bu qol matçın taleyini həll edib və "Sabah"a cavab oyunu öncəsi minimal üstünlük qazandırıb. Qarşılaşmanı Polşadan olan baş hakim Lukaş Kujma idarə edib.

58bc9b21-91af-461e-acbe-752bd1685b44.jpeg (113 KB)

Beləliklə, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Finlandiyada keçiriləcək cavab matçına üstün durumda yollanacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Kuopioda baş tutacaq.

Qeyd edək ki, bu cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) – "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Bolqarıstan) – "Universitatya Krayova" (Rumıniya) cütünün məğlubuna qarşı davam etdirəcək.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR