İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Anar Əliyev Rauf Arifoğlunu və Media Qrupumuzu təbrik etdi

518 21.07.2026 23:50 Ölkə A A

Nazir Anar Əliyev Yeni Müsavat Media Qrupunu təbrik etdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Yeni Müsavat Media Qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğlunu 60 illik yubileyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, nazir Anar Əliyevin ünvanladığı təbrik məktubunda Rauf Arifoğlunun uzun illər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyi, milli media sektorunda peşəkar fəaliyyəti və Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyi vurğulanır. 

Təbrik məktubunda qeyd olunur ki, Prezident İlham Əliyev tərəfindən Rauf Arifoğlunun fəaliyyətinə yüksək qiymət verilərək ona “Əməkdar jurnalist” fəxri adı, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları təqdim edilib. 

4010d1d3-2b9a-4b1f-9166-246d4aef33b9.jpg (272 KB)

Nazir məktubunda Yeni Müsavat Media Qrupunun ölkənin informasiya məkanında mühüm yer tutduğunu xüsusi vurğulayaraq bildirir ki, qurum cəmiyyətin informasiya təminatında önəmli rolu, geniş oxucu auditoriyası və milli mətbuat ənənələrinə sadiqliyi ilə seçilən media orqanıdır. Məktubda qeyd edilir ki, ölkə gündəminə uyğun fəaliyyət göstərən, obyektiv xəbər yayımı prinsipini qoruyan Yeni Müsavat Media Qrupu uzunömürlü media orqanları sırasında özünəməxsus yer tutur.  

Anar Əliyev məktubunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Yeni Müsavat Media Qrupu arasında media və kommunikasiya sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu da diqqətə çatdırır. Bildirilir ki, son illər ölkədə həyata keçirilən sosial islahatlar, əmək, məşğulluq və sosial müdafiə sahələrində görülən işlər Yeni Müsavatın informasiya resurslarında ardıcıl və operativ şəkildə işıqlandırılır.

cdb2a06b-4c62-4e8d-a802-637412dc8d24.jpg (234 KB)

Təbrik məktubunun sonunda nazir Rauf Arifoğlunu bir daha ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

***

Yeni Müsavat Media Qrupunun təsisçisi Rauf Arifoğlu və media qrupunun kollektivi göstərilən yüksək diqqətə, səmimi təbrikə və fəaliyyətlərinə verilən dəyərə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər. Kollektiv bu xoş münasibəti dövlət-media əməkdaşlığına verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirir və gələcəkdə də ictimai əhəmiyyətli məsələlərin obyektiv və peşəkar şəkildə işıqlandırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR