İnsanlara hürriyət, millətlərə istiqlal!

Finaldan sonra qalmaqal – FIFA Argentinaya qarşı istintaqa başladı

766 21.07.2026 19:40 İdman A A

Dünya çempionatının finalından sonra baş verən kütləvi insident FIFA-nın diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, FIFA İntizam Komitəsi qarşılaşmadan sonra yaşanan hadisələrlə bağlı araşdırmaya başlayıb.

Final fitindən sonra argentinalı Leandro Paredes ilə ispaniyalı futbolçular arasında başlayan mübahisə qısa müddətdə hər iki komandanın oyunçularının iştirak etdiyi kütləvi qarşıdurmaya çevrilib.

Kadrlarda Paredesin ispaniyalı Erik Qarsiyanı boğazından itələdiyi görünür. Hadisəni sakitləşdirmək üçün araya girən ispaniyalı Qavinin də Paredes tərəfindən yerə itələndiyi əks olunub.

İspaniya millisinin kapitanı Rodri isə çempionluğu qeyd etmək üçün komanda yoldaşlarına tərəf qaçarkən argentinalı müdafiəçi Nahuel Molina tərəfindən qarın nahiyəsinə zərbə almış kimi görünür.

FIFA bildirib:

"FIFA İntizam Komitəsi matçdan sonra baş verən hadisələrlə bağlı FIFA İntizam Məcəlləsinin mümkün pozuntularını araşdırmaq üçün İntizam və Etika üzrə prokuror təyin edib."

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR