İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə ad çıxaran general Ukraynanın yeni baş komandanı oldu – DOSYE

2373 22.07.2026 01:11 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı vəzifəsinə döyüş meydanında qazandığı uğurlarla tanınan general Mixail Drapatı təyin edilib.

Musavat.com xəbər verir ki, Mixail Drapatı 21 noyabr 1982-ci ildə Ukraynanın Xarkov vilayətində anadan olub. O, Ukrayna Silahlı Qüvvələrinin ən gənc generallarından biri hesab olunur və peşəkar hərbi təhsil alıb. 2014-cü ildən Rusiya ilə müharibənin bütün mərhələlərində iştirak edərək müxtəlif komandanlıq vəzifələrində xidmət göstərib.

2014-cü ilin mayında Mariupolda onun komandanlığı altında olan piyadaların döyüş maşınının yüksək sürətlə barrikadaları aşması kadrları geniş yayılıb və simvolik görüntülərdən birinə çevrilib.

Rusiya ilə genişmiqyaslı müharibə dövründə Drapatı Ukraynanın cənubunda və şərqində keçirilən hərbi əməliyyatlara rəhbərlik edib. Daha sonra Silahlı Qüvvələrin baş komandanının müavini təyin olunub.

O, 2024-cü ildə Ukrayna Quru Qoşunlarının komandanı olub. 2025-ci ildə Rusiyanın 239-cu poliqona endirdiyi zərbə nəticəsində ukraynalı hərbçilərin həlak olmasından sonra istefa ərizəsi təqdim edib. Daha sonra isə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Komandanlığının rəhbəri vəzifəsinə gətirilib.

Drapatının əsas hərbi nailiyyətləri bunlardır:

- 2014-cü ildə Mariupolda girovların azad edilməsi və rəhbərlik etdiyi bölmənin mühasirədən çıxarılması;
- 2022-ci ildə Rusiya qoşunlarının Krivoy Roq istiqamətində irəliləyişinin dayandırılması, Xerson və Dnepropetrovsk vilayətlərinin bir hissəsinin azad edilməsi;
- 2023-cü ildə Xerson vilayətinin azad edilməsindən sonra Dnepr istiqamətində müdafiənin təşkili;
- 2024-cü ildə Rusiya ordusunun Volçansk istiqamətində hücumunun dayandırılması.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR