İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurani Qasımovanın vəziyyətində müsbət dinamika var – huşu özündədir, zarafat edir, iştahası yaxşılaşıb

588 22.07.2026 13:04 Son xəbər A A

Tanınmış jurnalist və siyasi şərhçi, Əməkdar jurnalist Nurani Qasımovanın – Tofiqəxanım Qasımovanın səhhəti ilə bağlı sevindirici xəbər var.

Nurani Qasımovanın çalışdığı “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev Musavat.com-a bildirib ki, jurnalistin vəziyyəti stabilləşib.

“Azərbaycan həkimləri və dualarımız öz nəticəsini verdi. Nurani Qasımovanın vəziyyəti stabilləşib. O, tam aydın şüurdadır, zarafat edir, iştahası da yaxşılaşıb”, - Emil Mustafayev deyib.

Baş redaktor qeyd edib ki, bununla belə, həkimlərin proqnozları hələ də ehtiyatlı olaraq qalır:

“Bəli, həkimlərin proqnozları əvvəlki kimi ehtiyatlıdır. Ancaq möcüzələr baş verirmi? Düşünürəm ki, baş vermədiyindən daha çox baş verir. İnanmağa və dua etməyə davam edirik”.

Qeyd edək ki, Nurani Qasımova bir müddət əvvəl ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Son günlər onun səhhətində nəzərəçarpacaq müsbət dəyişikliklər müşahidə olunur. Huşunun özündə olması, danışması, zarafat etməsi və qida qəbulunun yaxşılaşması müalicə prosesində ümidverici əlamətlər kimi qiymətləndirilir.

Bununla belə, xəstəliyin ağır olması nəzərə alınaraq hələlik tam nikbin proqnoz vermək mümkün deyil. Müalicə prosesi davam etdirilir.

Nurani Qasımovanın səhhəti ilə bağlı yayılan son məlumat həmkarları və oxucuları tərəfindən sevinclə qarşılanıb. Sosial şəbəkələrdə tanınmış jurnalistin tezliklə sağalması üçün dualar və xoş arzular davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR