İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı AÇIQLANDI - VİDEO

505 22.07.2026 12:17 Dünya A A

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl itkin düşmüş hesab edilən bir çavuşun qalıqlarının tapıldığını və şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Bununla da münaqişə nəticəsində həlak olan amerikalı hərbçilərin sayı 18-ə yüksəlib.

Musavat.com xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, söhbət iyulun 17-də İranın İordaniyadakı ABŞ hərbi bazasına endirdiyi zərbə zamanı xidmət yoldaşları ilə birlikdə orada olan Angel Rampersaddan gedir.

CENTCOM hələ iyulun 17-də baş verən hücum zamanı iki hərbçinin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü bəyan edib.

İyulun 19-da komandanlıq İordaniyadakı son İran zərbəsinin endirildiyi ərazidə insan qalıqlarının tapıldığı barədə məlumat yayıb.

Aparılan ekspertizalar nəticəsində həmin qalıqların kimliyi artıq tam dəqiqləşdirilib.

ABŞ tərəfi regionda təhlükəsizlik tədbirlərini və zərbələrin nəticələrinin aradan qaldırılması işlərini davam etdirir. İranın hərbi bazalara hücumundan sonra itkin düşmüş digər şəxslərin axtarışı və dəymiş ziyanın qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir.

Mütəxəssislər bildirirlər ki, hərbi bazaya endirilən zərbələr fonunda Yaxın Şərqdə gərginlik pik həddə çatıb və tərəflər arasında qarşılıqlı hərbi addımların davam edəcəyi istisna olunmur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR