İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda ticarət mərkəzində yanğın olub, 100-dən çox insan təxliyə edilib VİDEO

221 22.07.2026 03:14 Dünya A A

İranın paytaxtı Tehranın Tehranpars bölgəsində yerləşən ticarət mərkəzində yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasedici briqadalar cəlb olunub. Yanğının qısa müddətdə nəzarət altına alındığı, alovun ətraf tikililərə keçməsinin qarşısının alındığı bildirilir.

İlkin məlumata görə, təhlükəsizlik məqsədilə ticarət mərkəzindən 100-dən çox insan uğurla təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan və ya həlak olanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

Hazırda yanğının başvermə səbəbi araşdırılır. Yerli fövqəladə xidmət əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirlərini davam etdirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR