İnsanlara hürriyət, millətlərə istiqlal!

AXC-nin Ermənistanla gizli layihəsi illər sonra gündəm oldu – sensasion faktlar

351 22.07.2026 04:46 Ölkə A A

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilməyən mühüm layihələrdən biri Ermənistanla əhali mübadiləsi planı olub.

Musavat.com xəbər verir ki, Milli Kimlik səhifəsinin Ayaz İlyasovun "Azərbaycan Xalq Cümhuriyyəti haqqında 100 ən maraqlı fakt" kitabına istinadən yaydığı məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nağı bəy Şeyxzamanlı xatirələrində həyata keçirilməyən iki böyük layihədən xüsusi bəhs edib.

Onlardan biri əhali mübadiləsi ideyası idi. Bu plana əsasən, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycana, Azərbaycanda yaşayan ermənilər isə Ermənistana köçürülməli idi.

Səhifənin məlumatında qeyd olunur ki, əgər bu layihə həyata keçirilsəydi, bəlkə də nə Birinci, nə də İkinci Qarabağ müharibəsi baş verərdi.

Daha sonra oxşar əhali mübadiləsi təcrübəsi Türkiyə ilə Yunanıstan arasında tətbiq olunub. 1923-cü ildə qarşılıqlı razılaşma əsasında təxminən iki milyon türk və yunan köçürülüb.

Nəticədə Türkiyə ərazisində yunan separatizmi təhlükəsinin aradan qalxdığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR