İnsanlara hürriyət, millətlərə istiqlal!

Beyinə çip yerləşdirdilər – iflic xəstəliyinə qarşı mühüm həmlə

149 22.07.2026 05:06 Maraqlı A A

ABŞ-də aparılan klinik sınaq iflic xəstələrinin müalicəsində yeni ümid yaradıb.

Musavat.com xəbər verir ki, 42 yaşlı Nyu-York sakini Kit Tomas 2020-ci ilin iyulunda hovuza uğursuz tullanması nəticəsində boynunu sındırıb və iflic olub.

2021-ci ilin oktyabrında o, onurğa beyninin zədələnmiş hissəsini "yan keçən" sistemin klinik sınağına qoşulub. Beyinə implantasiya edilən elektrodlar əlləri hərəkət etdirmək niyyətini qeydə alaraq siqnalları birbaşa ətraflara ötürür. Ovucdakı təzyiq sensorları isə əşyalarla təması hiss edərək siqnalları yenidən beyinə göndərir və toxunma hissini qismən bərpa edir.

35 həftəlik məşqlərdən sonra Tomasın sağ əlinin gücü 86 faiz, sol əlinin gücü isə 62 faiz artıb. O, artıq burnunu qaşıya, üzünü silə və hətta yumurta qabığı kimi kövrək əşyalarla ehtiyatla işləyə bilir.

Texnologiya həmçinin toxunma hissini qismən bərpa edib. Pasiyent bacısının əlini və itinin tükünü hiss edə bildiyini bildirib.

Texnologiyanın effektivliyini tam qiymətləndirmək üçün daha çox könüllünün iştirakı ilə əlavə klinik sınaqların keçirilməsi tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR