İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən alarm, bu gün geri addım – ABŞ aviabazasında nə baş verir?

760 15.01.2026 18:11 Dünya A A

Qətərdə yerləşən Əl-Udeyd aviabazasında təhlükəsizlik təhdidi səviyyəsi bir gün əvvəlki yüksək hazırlıq rejimindən sonra endirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyinə vəziyyətlə tanış olan üç mənbə məlumat verib.

Məlumata görə, dünən elan olunmuş yüksəldilmiş təhlükəsizlik rejimi çərçivəsində bazadan qeyri-əsas personal, eləcə də bir sıra hərbi təyyarələr müvəqqəti olaraq təxliyə edilmişdi.

İlkin risk qiymətləndirilməsindən sonra vəziyyətə yenidən baxılıb və təhlükə səviyyəsinin azaldılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Qətər ərazisində yerləşən Əl-Udeyd ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası hesab olunur və regionda artan gərginlik fonunda burada baş verən hər bir dəyişiklik diqqətlə izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR