İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP-dən altı rəqəmli nömrə ilə bağlı yayılan xəbərlərə RƏSMİ AÇIQLAMA

1493 21.11.2025 15:41 Ölkə A A

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkələrdə altı rəqəmli nömrə nişanları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rövşən Tağıyevin Musavat.com-a verdiyi açıqlamaya görə, avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında heç bir dəyişiklik nəzərdə tutulmur. Sosial şəbəkələrdə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Şöbə rəisi əlavə edib ki, gələcəkdə nömrə nişanları ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, bu barədə ictimaiyyət əvvəlcədən rəsmi şəkildə məlumatlandırılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR