İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Xameneyinin cənazəsi Məşhədə çatdırılıb: Dəfn mərasimi başlayır VİDEO

644 09.07.2026 15:52 Dünya A A

İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin cənazəsini daşıyan təyyarə Məşhəd hava limanına enib.

Musavat.com xəbər verir ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərindən sonra İrana geri qaytarılan cənazənin Məşhədə çatdırılması prosesi İran Hərbi Hava Qüvvələrinin xüsusi nəzarəti altında baş tutub. Belə ki, cənazəni daşıyan təyyarə Məşhəd hava limanına enənə qədər İranın MiQ-29 qırıcıları tərəfindən hərbi müşayiətlə təmin olunub.

Qeyd edək ki, İraqdakı vida mərasimləri ilə əlaqədar yaranan gecikmələr səbəbindən dəfn mərasimi əvvəlcə təxirə salınsa da, hazırda prosesin növbəti mərhələsinə keçilib. Məlumata görə, Məşhədə dünyanın 27 ölkəsindən 4700-dən çox rəsmi şəxs və nümayəndə heyəti gəlib.

Ayətullah Xameneyinin yerli vaxtla saat 14:00-da İmam Rza ziyarətgahı istiqamətində keçiriləcək yürüşdən sonra öz vəsiyyətinə uyğun olaraq burada torpağa tapşırılması planlaşdırılır. Xatırladaq ki, keçmiş ali lider fevralın 28-də ABŞ və İsrailin Tehranın mərkəzindəki iqamətgahına endirdiyi hava zərbələri nəticəsində həlak olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR