İnsanlara hürriyət, millətlərə istiqlal!

Emreli oynadı, “Nürnberq” uduzdu

784 04.05.2025 17:37 İdman A A

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.

28 yaşlı hücumçunun komandası XXXII turda "Elfsberq”i qəbul edib.

“Maks Morlok” stadionda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Emreli oyunun sonuna qədər meydanda olub.

“Nürnberq” hazırda 45 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm ərzində meydana çıxdığı 22 oyunda 8 qol və bir məhsuldar ötürmə müəllifi olub.//Teleqraf 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR