İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Starmerlə DANIŞDI

681 26.09.2025 20:27 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Türkiyə–Böyük Britaniya münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan BMT Baş Assambleyasının Fələstində iki dövlətli həll istiqamətində irəliləyişə töhfə verdiyini vurğulayıb, Starmeri ölkəsinin Fələstini tanıması qərarına görə təbrik edib.

O, Böyük Britaniya və Fransanın bu addımını tarixi hadisə adlandırıb.

Ərdoğan əlavə edib ki, Fələstinə dəstək üçün yaranan dinamikanı qorumaq və Netanyahu hökumətini dayandırmaq məqsədilə diplomatik təzyiqlə yanaşı əlavə tədbirlər də görülməlidir.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR