İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran anlamasında 300 milyardlıq MÜƏMMA - Kim ödəyəcək?

728 18.06.2026 17:40 Dünya A A

ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair Anlaşma Memorandumun 6-cı maddəsinə əsasən, Birləşmiş Ştatlar regional tərəfdaşları ilə birlikdə İranın bərpası və iqtisadi inkişafı üçün hər iki tərəfin razılaşdırdığı və azı 300 milyard dollar maliyyələşməni təmin edən hərtərəfli plan hazırlamağı öhdəsinə götürür. Prezidenti Donald Tramp isə Fransada G7 sammiti çərçivəsində bildirib ki, ABŞ İranla əldə olunmuş razılaşmalar çərçivəsində İrana investisiya yatırmayacaq.

Ekspertlərə görə, sənəd ABŞ-ni İrana bir sent belə ödəməyə məcbur etmir. Mətndə maliyyələşmənin konkret mənbələri açıq şəkildə göstərilmir, vəsaitin necə təmin ediləcəyi dəqiqləşdirilməyib. Məhz bu qeyri-müəyyənlik sazişin fərqli şərhlərinə səbəb olur: Vaşinqton bunun ABŞ büdcəsindən birbaşa ödəniş öhdəliyi yaratmadığını bildirir, analitiklər isə gələcək danışıqlarda ABŞ-nin müəyyən maliyyə iştirakının mümkünlüyünün tam istisna edilmədiyini vurğulayırlar.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində bildirib ki, qeyri-müəyyənlik yenidən gərginliyin yaranma ehtimalı ilə bağlıdır: “Bir neçə gün əvvəl razılaşma haqqında mövqe bildirilən zaman mən yazmışdım ki, bu, etibarlı razılaşma və münasibətlərin normallaşması demək deyil. Böyük ehtimalla, problemlər qalacaq, münaqişə oktyabr ayına qədər uzanacaq, noyabrın sonunda isə gərginlik arta bilər. Donald Trampın açıqlaması da bunu təsdiq etdi. Tramp 300 milyard dollarlıq investisiyanı ona görə yatırmaq istəmir ki, vəsaitin gələcəyi ilə bağlı suallar çoxdur. ABŞ hazırkı vəziyyətdə İrana etibar etmir. Bunun üçün baza şərtləri çox önəmlidir. Bu şərtlər Trampın dilindən dəfələrlə səslənib.

Bütün hallarda ABŞ İrana böyük həcmdə investisiya yatırmayacaq. Bunun üçün problemlər həll edilməlidir. Heç bir ölkə problem olan bölgəyə investisiya yatırmaq istəmir. Bu, investisiya fəaliyyətinin birinci şərtidir”.

E.Əmirovun fikrincə, ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük ölçüdə Rusiyaya faydalıdır: “Neft bahalaşdıqca Rusiya neftinin qiyməti də artır. Yaponiya, Çin və digər ölkələr Rusiyanın enerji resurslarından yararlana bilir. Rusiyanın enerji ehtiyatlarının ixracına sanksiyalar müəyyən qədər yumşaldılıb ki, qlobal iqtisadiyyatın ehtiyaclarının ödənilməsi qismən həyata keçirilsin. Əks halda, qiymətlər kəskin arta bilər. Hazırkı gərginlik neft ixrac edən, amma Yaxın Şərq regionunda yerləşməyən ölkələrin hər biri üçün əlverişlidir. Amma bölgə ölkələrindən neft idxal edən və bilavasitə bölgədə yerləşən ölkələrə gərginlik təbii ki, sərf etmir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR