İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: İrəvan Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçməməlidir

528 28.03.2024 19:20 Region A A

Ermənistan ərazisində “Mir” kartlarının xidmətinə qadağa qoyulması qərarı balanslaşdırılmış və ehtiyatlı mövqedir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 28-də Ermənistan parlamentinin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının rəhbəri, hakim Vətəndaş Sazişi partiyasından olan deputat Babken Tunyan mətbuata açıqlamasında deyib.

Onun fikrincə, Ermənistan bir sıra Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçməməlidir.

“Anti-Rusiya sanksiyalarından yayınsaq, yarana biləcək riskləri başa düşməli və xəbərdar olmalıyıq”, - deyə Tunyan bildirib.

Deputatın sözlərinə görə, “Bank VTB” istisna olmaqla, Ermənistan banklarında “Mir” kartlarının xidmətinə qadağa qoyulması qərarı hər şeyi nəzərə alan çox balanslaşdırılmış qərar olub.

Ermənistanın bank sistemi bəzi hallarda sanksiyalardan yan keçməyə çalışarsa, özünü dünyadan təcrid olunmuş vəziyyətdə tapacaq. Bu, təkcə maliyyə deyil, həm də real sektor üçün ciddi problemlər yaradacaq”, - deyə komissiya sədri detallarla bağlı yerli Mərkəzi Bankdan soruşmağı xahiş edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR