İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ətrafında geosiyasi risklər azalıb - İDDİA

866 09.09.2025 14:51 Region A A

Xarici reytinq agentlikləri Ermənistan ətrafında geosiyasi risklərin azaldığını, lakin tam olaraq aradan qalxmadığını qeyd edirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan illik hesabatın parlamentdə müzakirəsi zamanı deputatların suallarına cavab verərkən bildirib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, məhz bu amil Ermənistanın kredit reytinqinin yenilənməməsini izah edir. Belə ki, aparıcı reytinq agentliklərindən biri – “Fitch” avqustun sonunda Ermənistanın kredit reytinqini dəyişməyib, yalnız ehtiyatla müsbət şərhlərlə çıxış edib.

Qalstyan bunu belə sitat gətirib:

“Sazişlərin paraflanması müsbət addımdır, lakin yolda hələ də maneələr qalmaqdadır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR