İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiya ilə danışıqlara HAZIRLAŞIR

212 04.06.2026 14:55 Siyasət A A

Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinlə mümkün danışıqlara start vermək üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Almaniya, Fransa və Böyük Britaniya Kiyev rəhbərliyi ilə birlikdə Rusiya ilə aparıla biləcək potensial danışıqlar formatını aktiv şəkildə müzakirə edir. Nəşrin diplomatik mənbələri bildirir ki, Avropa ölkələri cəbhədəki cari vəziyyətin dəyişməsi və Ukraynanın Rusiya hədəflərinə qarşı artan hücumlarının fonunda Moskvanın dialoqa sövq ediləcəyinə inanırlar.

Bununla belə, tərəflər danışıqların baş tutub-tutmaması ilə bağlı son qərarın tamamilə Ukrayna prezidenti Volodimir Zelenskinin ixtiyarında olduğunu vurğulayırlar. Avropa paytaxtlarından gələn siqnallara görə, Qərb öz mövqeyini və şərtlərini Kiyevə sırımaq niyyətində deyil.

Almaniya hökumətinin sözçüsü rəsmi "Reuters" agentliyinə verdiyi bəyanatda Ukrayna böhranının həlli istiqamətində Avropa ilə Rusiya arasında təmas pəncərəsinin tədricən açıldığını təsdiqləyib.

O rəsmi şəkildə qeyd edib ki, şərti olaraq "AB 3" adlandırılan ittifaq – Almaniya, Fransa və Böyük Britaniya – Rusiya ilə qurulacaq istənilən potensial dialoqda əsas moderator rolunu oynaya bilər.

Yaxın günlərdə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makronla bir araya gələrək danışıqlar prosesinin perspektivlərini və birgə yol xəritəsini geniş tərkibdə müzakirə edəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR