İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti Tiflisdə səfərdədir

608 19.11.2025 17:27 Siyasət A A

Ermənistan prezidenti Vaaqn Xaçatryan Tiflisdə gürcüstanlı həmkarı ilə görüşdən sonra bildirib ki, kommunikasiyaların açılması Cənubi Qafqazı böyük logistika mərkəzinə çevirə bilər. Onun sözlərinə görə, Ermənistan–Gürcüstan strateji tərəfdaşlığı hazırda əvvəlkindən daha sürətlə inkişaf edir.

Musavat.com xəbər verir ki, Gürcüstan rəsmisi Mixeil Kavelashvili də görüşdə çıxış edərək vurğulayıb ki, iki ölkə arasındakı çoxşaxəli əməkdaşlıq regional gərginlik fonunda nümunəvi model kimi qiymətləndirilə bilər. O, Tiflis ilə İrəvan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələrin son illər daha aktiv fazaya keçdiyini deyib.

Ermənistan prezidenti iqtisadiyyat naziri Gevork Papoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan və digər rəsmilərdən ibarət heyətlə birlikdə Tiflisə gəlib. Heyətin əsas gündəm mövzuları arasında regional nəqliyyat marşrutları, ticarət dövriyyəsi və enerji əməkdaşlığı dayanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR