İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyadan Kostanyan və Arutyunyanı İSTƏYİR

902 18.11.2025 13:57 Siyasət A A

Ermənistan Rusiyadan keçmiş baş prokuror Gevork Kostanyanın ekstradisiyasını tələb edəcək. İrəvan həmçinin 2008-ci il martın 1-də iş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasını tələb etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə baş prokuror Anna Vardapetyan parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Qeyd edək ki, adıçəkilən şəxslər 1 mart işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə, sübutları saxtalaşdırmaqda və istintaqı pozmaqda ittiham olunurlar.

Erməni tərəfinin məlumatına görə, hər iki keçmiş məmur Rusiyadadır, lakin Moskva hələ ki, onların İrəvana ekstradisiyasına razılıq verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR