İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hakimiyyət – kilsə qarşıdurması yeni mərhələyə keçdi

640 26.11.2025 16:39 Siyasət A A

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın Ktriç Nersisyanı sərt şəkildə hədəf alan açıqlaması ölkədə hakimiyyətlə kilsə arasındakı gərginliyin dərinləşdiyini göstərir. 

Musavat.com xəbər verir ki, Rubinyan Nersisyanın liturgiyada “Bütün ermənilərin Katolikosu” adının çəkilməsi mövqeyini tənqid edərək onu “katolikosluq iddiası və əhdini pozmaqda” suçlayıb. Vitse-spikerin sözlərinə görə, Nersisyan ailəli olduğu halda katolikosluq iddiasına girir və bu, onun “əhdini pozması” deməkdir.

Rubinyan açıqlamasında bildirib: “Ktriç Nersisyan katolikos deyil. Katolikos taxtı hazırda vakantdadır. Yeni, əhdini pozmamış, həqiqi Ali Patriarx seçiləndən sonra liturgiyada onun adı çəkilə bilər. Nersisyan isə birinci taxta yürüşünü dayandırmalı, Patriarxiyanı tərk etməli və həyatını övladlarına, nəvələrinə həsr etməlidir.”

Ekspertlər hesab edir ki, Rubinyanın bu sərt çıxışı bir daha göstərir ki, Eçmiədzin daxilində güc savaşı davam edir, Ermənistan hakimiyyəti və kilsə arasındakı münasibətlər tarazlıq nöqtəsindən çıxıb və siyasi rəhbərlik kilsə rəhbərliyinə qarşı açıq ittiham ritorikasına keçib. Beləliklə, vitse-spikerin kəskin bəyanatı uzun müddətdir davam edən hakimiyyət–kilsə qarşıdurmasını yeni, daha açıq və kəskin mərhələyə daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR