İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda rus izi böyüyür: yeni sənədlər ortaya çıxdı

1354 16.06.2026 02:32 Dünya A A

Ermənistanda seçki proseslərinə xarici təsirlərlə bağlı yeni sənədlər yayılıb

Musavat.com xəbər verir ki, erməni KİV-lərində yayılan məlumata görə, yeni sənədlər Rusiya strukturlarının Ermənistandakı daxili siyasi proseslərə marağının əvvəl düşünüləndən daha geniş olduğunu göstərir.

Bildirilir ki, indiyə qədər əsas diqqət parlament seçkilərinə mümkün təsir üzərində cəmlənsə də, yeni materiallar bu fəaliyyətin sistemli xarakter daşıdığını göstərir. Sənədlərə əsasən, söhbət təkcə ümummilli siyasətdən deyil, həm də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən gedir.

Materiallar arasında 2025-ci ilin noyabrında Eçmiədzində keçirilən seçkilərə dair geniş analitik sənədin olduğu bildirilir. Həmin sənəddə şəhərdəki seçki vəziyyəti, hakimiyyət və müxalifətin güclü və zəif tərəfləri, seçicilərin yaş strukturu, siyasi səfərbərlik imkanları və konkret siyasi oyunçuların perspektivləri təhlil olunub.

Sənədlərdən belə nəticə çıxır ki, Rusiya tərəfinin bu seçkilərdə üstünlük verdiyi namizəd olub. Hətta materiallarda həmin namizədin dəstəklənməsi üçün məqsədyönlü informasiya və təbliğat işinin aparıldığı qeyd edilir.

Sənəddə müxtəlif siyasi qüvvələrin perspektivləri qiymətləndirilir, hakimiyyət nümayəndələrinin uğur səbəbləri izah olunur, müxalifətin səhvləri isə ayrıca təhlil edilir. Materiallarda müxalifətin gələcək kampaniyalarda uğur şansını artırmaq üçün strategiyasını necə dəyişməli olduğu barədə tövsiyələr də yer alıb.

Ayrı-ayrı bölmələrdə müxalifət düşərgəsinin konsolidasiyası, yeni siyasi narrativlərin tapılması, təşviqat texnologiyalarının dəyişdirilməsi, seçki infrastrukturunun təkmilləşdirilməsi və xarici məsləhətçilərin cəlb olunması zərurəti qeyd edilir.

Yayılan məlumatlarda vurğulanır ki, söhbət sadəcə siyasi prosesləri izləməkdən deyil, konkret siyasi nəticəyə nail olmaq üçün praktiki tövsiyələrin hazırlanmasından gedir.

Məlumata görə, söhbət təkcə siyasi vəziyyətə təsir cəhdlərindən yox, ölkənin daxili proseslərinə uzunmüddətli təsir strategiyasından gedir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR