İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgər məzarları ətrafında torpaq qalmaqalı...

650 27.01.2026 23:48 Dünya A A

Yerablur hərbi panteonu ətrafındakı torpaq sahələri ilə bağlı qalmaqallı özəlləşdirmə işi Ermənistan cəmiyyətində ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi 2005-ci ildə bağlanmış alqı-satqı müqaviləsini etibarsız sayıb və iş üzrə adı keçən şəxsdən təxminən 790 min ABŞ dolları dəyərində aktivlərin dövlətin xeyrinə müsadirəsinə qərar verib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən torpaqlar formal olaraq Xocalı qatili, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adına rəsmiləşdirilməyib. Lakin istintaq materiallarında ərazilərin Sarkisyanla əlaqəli şəxslər vasitəsilə, faktiki olaraq onun maraqları naminə əldə edildiyi göstərilir. Bu isə Ermənistanda illərdir tətbiq edilən klassik sxemi – rəsmi sahib başqası, real benefisiar isə keçmiş yüksək vəzifəli şəxs – bir daha üzə çıxarır.

Xocalı qatili, Qarabağda yaşayış məntəqələrini, mədəni irsi və qəbiristanlıqları dağıdan Sarkisyanın bu dəfə erməni əsgərlərinin dəfn edildiyi panteonun ətrafındakı torpaqlara göz dikməsi xüsusi qınaqla qarşılanır. Azərbaycan torpaqlarında törədilən vandallıqlar azmış kimi, indi də erməni məzar yerlərinin kommersiya predmetinə çevrilməsi faktı onun siyasi-əxlaqi portretini daha da qaranlıqlaşdırır.

Qeyd edək ki, Yerablur Ermənistan üçün simvolik məkan sayılır və məhz buna görə bu ərazi ətrafında aparılan torpaq əməliyyatları uzun müddətdir ictimai müzakirələrin mərkəzində idi. Məhkəmənin qərarı həmin proseslərə hüquqi qiymət kimi dəyərləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR