İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əsl kişi sədaqətli olandır" - Nardaranlı ağsaqqaldan həyat dərsi VİDEO

919 18.05.2025 19:03 Gündəm A A

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini hacı Səməd Hidayətli olub.

Keçmişdəki sevgi münasibətlərindən danışan hacı Səməd Hidayətli o vaxtlar məhəbbətin daha güclü olduğunu söyləyərək bunun səbəbini belə izah edib: "Çünki cütlüklər arasında təmənna yox idi, sevgi ürəkdən gəlirdi".

"Ən böyük sərvət nədir?" sualını cavablandıran Nardaran sakini "Təmiz ad. Dünyada ondan başqa heç nə qalmır" deyib.

Kişinin gücündən danışarkən isə "onun gücü sözündədir. Hərəkət bundan sonra gəlir. Kişi sədaqətlidirsə, evin dirəyi olur", - deyə bildirib.

Verilişdə onunla Nardaranı digər kəndlərdən fərqləndirən xüsusiyyətlər, sovet dövründə dinə qarşı tətbiq olunan məhdudiyyətlər, keçmişin və indinin dərviş toyları arasındakı fərqlər haqqında da söhbət aparılıb.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR