İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimovadan XƏBƏR VAR

568 20.06.2026 15:29 Son xəbər A A

Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Musavat.com bildirir ki, bu barədə Oxu.Az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.

O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:

"Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb".

Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR