İyunun 20-si saat 22:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 mm, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.






