İnsanlara hürriyət, millətlərə istiqlal!

Geri addım atıldı: ruslar bayraq və himnlə yenidən qayıdır

2999 15.12.2025 01:31 Dünya A A

Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı şahmatçıların beynəlxalq turnirlərdə yenidən Rusiya bayrağı və himni altında çıxış etməsinə icazə verib. Bununla da 2022-ci ildən tətbiq olunan neytral status tələbi aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, qərar bu gün keçirilən FIDE Baş Assambleyasında səsvermə yolu ilə qəbul olunub.

Beləliklə, rus şahmatçıların statusu 2022-ci ilin martından sonra ilk dəfə tam şəkildə bərpa edilir. Həmin dövrdə tətbiq olunan sanksiyalara əsasən Rusiya təmsilçiləri beynəlxalq yarışlara yalnız neytral idmançı kimi, dövlət simvolları olmadan buraxılırdı.

Yeni qərar beynəlxalq idman aləmində geniş rezonans doğurub. Xüsusilə mövcud geosiyasi fon nəzərə alındıqda, bu addım FIDE-nin Rusiyaya münasibətdə sanksiya siyasətində yumşalmaya getdiyini göstərən ilk açıq siqnallardan biri kimi qiymətləndirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR