İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – “10 kişi və bir heykəl”

3075 18.06.2026 13:53 Foto fakt A A

Başlıqdakı ifadə İngiltərədə çıxan “The İndependent” nəşrinə aiddir.

Bu media qurumunun idman yazarları dünən gecə Portuqaliya və Konqo DR milliləri arasında 1:1-lik bərabərliklə başa çatan oyunda əfsanəvi forvard Kriştiano Ronaldonun oyununu bu cür qiymətləndiriblər.

Həmin oyundan bəhs edən yazının başlığı tam olaraq belədir: “10 kişi və bir heykəl: Portuqaliya Kriştiano Ronaldonun eqosu üçün daha bir Dünya Kubokunu qurban verir”.

ron-indep.JPG (35 KB)

Yazının məzmunu da bu səpkidədir. Həqiqətdirmi? Bəli. Dünən milyonlarla azarkeş gördü ki, Ronaldo bir gün öncə Əlcəzair millisinin qapısından 3 qol keçirən əzəli rəqibi Lionel Messi ilə müqayisə olunmayacaq dərəcədə zəif oynadı.

Dünya azarkeşlərinin gözü önündə bir futbol ulduzu sönür. Bəlkə Ronaldo bundan sonrakı oyunlarda bir-iki qol vura biləcək (ola bilər, penaltidən və ya cərimə zərbəsindən), amma artıq hamı görür ki, bu, 2.5 metr hündürlüyə tullanıb başı ilə qol vuran, 35 metrlik məsafədən qapının “doqquzluğ”unu nişan alan, akrobatik tullanışla başı üzərindən topu tora pərçimləyən Ronaldo deyil.

Demək, futbol meydançasını vaxtında, azarkeşlərin qəzəbli hayqırtılarını, xorla səslənən fitəbasmalarını eşitmədən tərk etmək lazım idi.

O, əla fiziki formadadır, 25 yaşlı idmançılara xas vücuda sahibdir, axtarsan, topla davranışı da yerindədir, amma yaş öz sözünü deyir. Nəfəs o nəfəs deyil, baxış o baxış deyil, sıçrayış o sıçrayış deyil. Heç yıxılması da əski vaxtlardakı kimi deyil.

ronnal.JPG (59 KB)

Ronaldonun bu cür dirəşməsinin əsl səbəbi argentinalı həmkarı Messidir. O, Messidən üstün olduğunu bütün dünyaya sübut etmək üçün hələ də meydandadır. Messi isə yenə diridir, çevikdir. Onun da yaşı 40-a dirənib. Ancaq yəqin ki, Messi Ronaldo kimi etməyəcək, fitə basılmasını, heykəl adlandırılmasını gözləmədən böyük futbolu tərk edəcək.

Portuqaliya millisinin kuboku Ronaldonun eqosuna qurban verməsi söhbəti isə şişirdilib. Ronaldo olmasaydı da, Portuqaliya çempion olacaq gücdə deyil və elə görünmür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR